Argentinada etirazçılar prezidentin olduğu mikroavtobusa hücum ediblər

Argentinada etirazçılar prezidentin olduğu mikroavtobusa hücum ediblər

Argentina Prezidenti Alberto Fernandez yanğın baş verən Çubut əyalətinin Laqo Puelo şəhərinə səfəri zamanı etirazçıların hücumuna məruz qalıb.

SİA xəbər verir ki, bu barədə yerli “La Nacion TV” kanalı hadisənin görüntülərini yayımlayıb.

Mühafizəçilər prezidenti kütlənin arasında keçirərək mikroavtobusa mindirməyi bacarıblar. Lakin sonra avtomobili dövrəyə alan kütlə mikroavtobusa zərbələr endirməyə başlayıblar.

Mikroavtobus ərazidən uzaqlaşandan az sonra etirazçılardan biri daşla yan şüşələrdən birini vuraraq qırıb. Ardınca daha bir neçə daş avtobus istiqamətinə atılıb.

Prezidentin xəsarət alıb-almaması barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə