Türkiyədə son sutkada 15 min nəfərdən çox şəxs yeni növ koronavirusa yoluxub

Türkiyədə son sutkada 15 min nəfərdən çox şəxs yeni növ koronavirusa yoluxub

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempi bütün ölkə üzrə kütləvi şəkildə, bölgələr üzrə fərqli göstəricilərlə davam edir.

SİA Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın 13-də ölkə üzrə 150 min 98 nəfər testdən keçirilib. Onlardan 15 min 82 nəfərdə infeksiya aşkarlanıb. Gün ərzində bu xəstəlikdən 65 nəfər ölüb, 15 min 287 nəfər isə sağalıb.

Türkiyədə indiyədək, ümumilikdə, 2 milyon 866 min 12 nəfərdə virus aşkarlanıb, 29 min 421 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə