Ukrayna parlamentində əlbəyaxa dava olub

Ukrayna parlamentində əlbəyaxa dava olub

Bu gün Ukrayna parlamentində dava olub. SİA-nın xəbərinə görə, Ukrayna hökumətinin iqtisadiyyatındakı gərginlik parlamentdəki millət vəkillərini qarşı-qarşıya qoyub. Bu gün hökumətin iqtisadi siyasətinin müzakirə edildiyi parlament iclasında əlbəyaxa dava olub.

İclas zalında parlament sədrinin müavini Adam Martinyuk ilə millət vəkili Oleq Lyaşko arasında dava düşüb. Davanın yaranmasına səbəb çıxış növbəsi olub. Əlbəyaxa dava ilə nəticələnən mübahisə nəticəsində sədr kreslosundan sıçrayan Martinyuk Lyaşkonun boğazından yapışıb. Parlamentdə olan digər millət vəkillərinin işə qarışması nəticəsində davanın qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə