Lukaşenko ilə bağlı film

Belarusiya prezidenti Aleksandr Lukaşenko, onun dəbdəbəli həyatı, var-dövləti və təmtəraqlı yaşayış ardınca qaçdığı barədə deyilənlərin əsassız olduğunu bildirib. SİA bu barədə rus mətbuatına istinad edir.

“Mən heç vaxt kiminsə kimdən nəsə oğurlamasına imkan vermərəm. Mənim üçün ən pis şey kiminsə qarşında özümü rüsvay etməkdir. Mən həmişə nə demişəmsə, onu da etmişəm. Buna görə də, məndə dediklərini axtarmağa ehtiyac yoxdur”. Bu fikirləri bildirən Belarus prezidenti ölkə müxalifətinin onunla bağlı bu mövzuya baş vurmasını əsassız sayır.

Xatırladaq ki, bu günlərdə internetdə Belarusiya prezidentinin korrupsiyaya qurşanması ilə bağlı film göstərilib. Ölkənin 4 milyondan çox sakininin izlədiyi bu filmi, Lukaşenko vaxt məhdudiyyəti üzündən hələ izləmədiyini, lakin gələcəkdə izləməyə çalışacağını söyləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə