Rusiyada son sutkada 475 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 475 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 9 908 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 380 525 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 475 nəfər artaraq 91 695-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 985 897 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə