Braziliyada yeni növ koronavirus səbəbindən ölənlərin sayı 275 mini ötüb

Braziliyada yeni növ koronavirus səbəbindən ölənlərin sayı 275 mini ötüb

Braziliya yeni koronavirus növünə yoluxma hallarına görə Hindistanı qabaqlayıb və bu göstəriciyə görə dünyada yenidən ABŞ-dan sonra ikinci yeri tutub.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 85 663 yeni yoluxma faktı aşkar edilib, yoluxanların ümumi sayı 11 363 380-ə yüksəlib.

Ölkədə 24 saat ərzində koronavirus səbəbindən ölənlərin sayı 2216 artaraq 275 105-ə çatıb.

10 milyondan çox xəstə sağalıb, aktiv xəstə sayı 1 milyondan çox təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə