“ABŞ Türkiyə və Azərbaycana təzyiq göstərəcək”. Bunu mən deyirəm, akademik Ruben Safrastyan. Bunu demək üçün əla əsaslarım da var. Əvvəla mən bunu bu tendensiya istiqamətində bir sıra müvafiq göstəricilərin olduğunu nəzərə alaraq deyirəm. Birinci əsasım, ABŞ Türkiyəyə Rusiya zenit-raket sistemi olan S-400 alma demişdi, türklər onları saya salmayıb aldı. Bu nədir, təbii ki, Türkiyənin ABŞ-ın müttəfiqi olaraq öz öhdəliklərini yarımçıq yerinə yetirməsi. Deməli, türklərə təzyiq göstərilməlidirmi? Əlbəttə, göstərilməlidir. Türklər elə bilirlər ki, Bayden də Tramp kimi “həlim”in biridir. Amma türklərin əvvəlki Amerika prezidentlərinə xəyalları getməsin.
Görürsüz, Bayden Ağ evə köçəndən bəri bir dəfə də olsun Ərdoğana zəng eləməyib. Sizcə, bu nədən xəbər verir. Təbii ki, türkləri gözləyən təzyiqdən.
Amma mən əminəm ki, Baydenin Ermənistana qarşı siyasətində müsbət dəyişikliklərin olacağına inanıram və bütün erməniləri buna inanmağa çağırıram. Çünki bizim Vaşinqtdonda Ermənistandakı erməniləri “bir an belə” ac qoymayan erməni lobbi təşkilatlarımız var. Onlar artıq demokratık Ermənistanı demokrat Baydenə tanıtmağa başlayıblar. Əminəm ki, Bayden elə də pis adama oxşamır, ermənilərin necə “təmiz” bir xalq olduqlarına inanacaq.
Hərçənd, Kimin başı bir az qarışıqdır, Kardaşyanı deyirəm ey, yoxsa çoxdan Baydenə “xod” tapmışdı. Yadınıza gəlir də, əvvəlki prezident Trampla lap “çaşka-loşka” olmuşdu. İndi Kimin xətrinə təzə ər düşüb deyə, o qara gədə Kanedən boşanır. Ona görə də, başı bir az şəxsi işlərinə qarışıb. Ancaq əminəm, işlərini yoluna qoyan kimi, o da yeni prezidentə “xod” tapacaq. Tapacağına da əminəm. Birinci dəfə deyil ki... Onda görəcəm, bu türklər təzyiq qabağında necə dayanırlar.
Bu günlərdə, təzə bir xəbər almışam. Belə ki, Bayden artıq xarici siyasətinin Qafqaz istiqamətini də aktivləşdirmək üçün qərar verib. Qoy, bir o qərar gəlib Ermənistana çatsın, ondan sonra ermənilərin gəlhagəli başlayacaq. Hələ bu harasıdır. Amerikanın türklərlə paralel olaraq Azərbaycana qarşı da təzyiqlərini sərtləşdirəcəyini gözləyirəm. Çünki, Azərbaycan “azadlıq sevən” bir xalqın, yəni biz ermənilərin “günahsız” əskərlərini terrorçu adı altınada dama basıb.
Mən indi də səksəkədəyəm, nə bilmək olar, bir də gördün Amerika Konqresi bununla bağlı müvafiq bir təşəbbüs ortaya çıxardı. Şəxsən mən, buna inanıram. Çünki Kim Kardaşyan öz üç bacısıyla erməniləri amerikalılara çox sevdirə bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB