Suriyadan olan qaçqınların sayı 4000-ə çatıb

Suriyadan olan qaçqınların sayı 4000-ə çatıb

Suriyada başlayan iğtişaşlardan sonra 4000 nəfərdən çox insan bu ölkəni tərk edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin qaçqınlarla iş üzrə Ali komissarı Andrey Maxeçiç BMT-nin insan haqları üzrə komissiyasının Cenevrədə keçirilən iclasında məlumat verib: "1400 nəfərə yaxın qadın və uşaqlar Liviya ərazisindədir".

Eyni zamanda Suriyanın Xoms şəhərində nümayişlərin yatırılması zamanı ən azı iki nəfər xəsarət alıb. Polis Xoms şəhərində nümayişçilərə atəş açıb. Bu gün Dəməşqdə, Qamışlıda və Baniyasda da hökumət əleyhinə nümayişlər keçirilir. Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd hərbçilərə nümayişçilərə atəş açmamağı tapşırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə