"Əsl erməni siyasəti…"

Bu, lənətə gəlmiş dərd, erməniləri elə çuğlayıb ki, artıq neçə müddətdir ki, ondan qurtula bilmirlər. Məsələ budur ki, indi də onlar UNICEF-nin artıq Ermənstanda sabiq olmuş nümayəndəsi Merienne Klark-Xattinqın ermənilərin “dövlət sirlərinə” necə nüfuz etdiyini, bu “sirləri” Böyük Britaniya və Türkiyəyə necə ötürdüyünü dərd eləməyə başlayıblar. Görən, Ermənistan kimi bir ölkədə bu sirləri ingilis qadına kim və ya kimlər ötürürmüş? Görən, Xattinq ermənilərin hansı mənbələrdən belə dəyərli məlumatları əldə edib ermənilərin düşmənlərinə göndərirmiş? Adamın xəyalı min yerə gedir. Görən, bu Paşinyan olmaya… Təbii ki, hər şey ola bilər. Bu gün ermənilərin Rusiyanın qorxusundan tərəddüdlə də olsa, Avropaya can atdığı bir məqamda Paşinyandan nə desən gözləmək olar. Əslində, burada günahkar kimi, Nikol Paşinyandan çox Robert Koçaryanı görmək lazımdır. Çünki məhz onun prezidentliyi dövründə ingilislər erməniləri adam yerinə saymamağa başlamışdılar. İngilislər hətta Koçaryanın prezidentliyi dövründə bir dəfə də olsun onu “hörmətli qonaq” kimi Londona dəvət etməmişdilər. Bəs, Serj Sarkisyana nə deyəsən? O ki boyca balaca olsa da, daxildə “böyük siysətçi” idi. Bəs belə olan halda ingilislər onu niyə heç olmasa bir dəfə də olsa, Londonu görməyə çağırmadılar?

Belə görünür, onların özlərini belə şişirtməklərinə baxmayaraq, əslində cılız siyasətçilərdən biriymişlər. Hər halda, Nikol Paşinynla müqayisədə bunu əminliklə demək olar. Nə isə, mətləbdən uzaqlaşmayaq.

İndi ermənilər, Nikolun adını ağartmasalar da, amma “erməni sirlərinin” Xattinq xanıma məhz baş nazirin yaxınları tərəfində ötürdüyünə əminlik bildirirlər. Təbii ki, Ermənistanda çoxları bunu dərindən dərk etməsələr də, əslində bu da siyasətdir.

Vaxtilə ingilislərə bir çox “yaxşılıqlar” edən ermənilər indi də onlarla münasibətlərini yenidən bərpa etməyə çalışırlar. Ona görə də, bir-iki erməni dövlət sirrini Xattinq xanıma ötürməklə, Ermənistana heç nə olmayacaq. Amma Ermənistan, onun rəhbərliyi ingilislərin gözündə “göylərə” qalxacaq. Bundan sonra Ermənistanın bütün əməllərinin ingilislər tərəfindən də “təqdir ediləcəyi” heç bir şübhə yeri qoymur.

“…Görəsən, ingilislər dünənə qədər saymadıqları “əzabkeş bir xalqı” “əzabkeş” xalq kimi qəbul edəcəklərmi?”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə