Rusların Krımla bağlı narahatlığı

Rusların Krımla bağlı narahatlığı

“Ukrayna rəhbərliyinin Krımı geri qaytarmaq üçün “Qərb kuratorları”nın iştirakı ilə hazırladığı plan Rusiyaya qarşı təxribatıdır”.

SİA rus mətbuatına istinad edərək, bu sözlərin Rusiya Prezidenti yanında Krımın daimi nümayəndəsi Georgi Muradov tərəfindən səsləndirildiyini bildirir.

Maraqlıdır ki, rus səlahiyyətlisi Kiyevin belə bir fikirdə olmasını, onun özü üçün “uçuruma yol açması” kimi xarakterizə edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Krımın geri qaytarılması planının üç sütuna dayandığını söyləmişdi: deoccupation strategiyası, reinteqrasiya, konsolidasiya və sinerji.

Birincisi, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən ifadə edildi, ikincisi bu məqsədə çatmaq üçün bütün tərəfdaşların səylərinə qoşulmağı, üçüncüsü isə, Kiyevin yarımadada suverenliyi məsələsində beynəlxalq hüququ bərpa etmək məqsədi daşıyır.

Qeyd edək ki, Georgi Muradov, Kulebanın sözlərini şərh edərək, Krımın qaytarılması planını planlı bir təxribat adlandırıb.

Onun sözlərinə görə, Kiyev nəzərdə tutulanlara əməl edərsə, bu halda Ukrayna xalqı Rusiyanın ərazi bütövlüyünə təcavüz üzündən təhlükə qarşısında qalacaq.

Rusiya prezidentinin daimi nümayəndəsi Moskvanın bu hadisədəki cavab hərəkətlərinin Konstitusiyada, Rus hərbi doktrinasında ifadə edildiyini bildirib. Bununla yanaşı, Muradov Ukraynanın bu addımının ölkəni uçuruma doğru sürükləycəyini bildirib. Maraqlıdır ki, rus səlahiyyətlisi Ukraynanın Rusiya ilə aktiv bir hərbi qarşıdurmaya qalxacağı təqdirdə Kiyevin meydanda tək qalacağını da istisna etməyib. Ona görə də o, ukraynalıları, bir növ “ağıllarını başlarına yığmağa” çağırıb.

Yeri gəlmişkən, bildirək ki, NATO-nun Ukrayna ilə birlikdə yaya yaxın Krım və Kalininqrad bölgələri yaxınlığında böyük hərbi təlim təşkil edəcəyi barədə də xəbərlər dolaşmaqdadır. Təbii ki, bu da rusları narahat etməyə bilməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə