“AstraZeneca” kompaniyasının Oksford Universiteti ilə birlikdə yaratdığı COVID-19 peyvəndinin istifadəsini dayandırmağa artıq 10 Avropa Birliyi ölkəsi qərar verib. SİA RenTV-yə istinadən xəbər verir ki, həmin peyvəndlə peyvənd olunanlarda qan laxtalanması ehtimalının olduğu barədə məlumatlar fonunda bu qərar Avropa dövlətləri tərəfindən verilib.
Beləliklə, dərmanın istifadəsini ilk dayandıran Avstriya hakimiyyəti olub. Belə bir qərar peyvənd alan xəstələrdən birinin ölümündən, eyni zamanda bu dərmanla peyvənd olunan başqa bir qadında ağciyər emboliyasının - damarın ayrılmış trombla tıxanmasından sonra verilib.
Danimarka, Norveç və İslandiya, eləcə də Estoniya, Litva, Lüksemburq, Kipr və Latviya bu peyvəndin istifadəsində fasilə verməyə qərar verib. Sonradan məlum olub ki, İtaliya da həmin preparata qadağa qoyub.
Xatırladaq ki, indi vaksin təcili olaraq əlavə testlər üçün geri götürülür. Eyni zamanda, AB səlahiyyətliləri narahatlıq üçün heç bir səbəb görmürlər və Avropa Dərman Agentliyi, AB ölkələrinə bu preparatla peyvəndlənməni davam etməməyi və Avropa rəsmilərinin razılığı olmayan digər dərmanların ixracına qoyulan qadağanı uzatmağı tövsiyə edir.
Onu da diqqətə çatdıraq ki, Hollandiyada 11 mart tarixində peyvənddən sonra tromboz hadisəsi aşkar edilib. Lareb mərkəzindən bildirildiyi kimi, xəstə xəsarət almayıb, hətta xəstəxanaya yerləşdirilməsinə də ehtiyac duyulmayıb, amma hadisənin istintaqı davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB