Dünyada son sutka ərzində 447 minə yaxın şəxs koronavirusa yoluxub

Dünyada son sutka ərzində 447 minə yaxın şəxs koronavirusa yoluxub
Dünyada son sutka ərzində 446 872 nəfər koronavirusa yoluxub, 9 332 nəfər ölüb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib. Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 117 799 584 yoluxma hadisəsi, 2 615 018 ölüm faktı qeydə alınıb. Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropanın (200 676) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (164 812) ilə Cənub-Şərqi Asiya (36 325) bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə