Lüksemburqda koronavirusun Britaniya ştammına yoluxmalar 64 faiz təşkil edir

Lüksemburqda koronavirusun Britaniya ştammına yoluxmalar 64 faiz təşkil edir
Lüksemburq Milli Səhiyyə Laboratoriyasının son hesabatına əsasən, ölkədə koronavirus xəstələrinin 64 faizi Britaniya ştammına (B117) yoluxanlardır. Bildirilir ki, virusun Braziliya, Cənubi Afrika kimi ştammlarına yoluxanların sayında azalma qeydə alınıb. SİA xəbər verir ki, Lüksemburqun Baş naziri Ksavye Bettel və səhiyyə naziri Polet Löner sanitar vəziyyətdən asılı olaraq aprel ayında ölkədə məhdudiyyətlərin yumşaldılacağını, restoran və barların açılacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə