Yaxın gələcəkdə Belarusiya hakimiyyətinə 2020-ci ildəki seçkilərdən sonra olduğu kimi, yenə də “daxildən zərbə vurmağa” çalışacaqlar. Bu vəziyyətdə təhlükəsizlik qüvvələri ölkəni müdafiə etməli olacaq.
SİA xəbər verir ki, bu fikirləri Belarusiya prezidenti Aleksandr Lukaşenko bildirib.
O, xarici qüvvələrin bir neçə ay davam edən kütləvi etiraz aksiyaları zamanı “əllərindən gələni etdiklərinə” baxmayaraq, “dişlərinin qırıldıqlarını” xatırladıb. Prezidentə görə, belə görünür ki, onlar yenidən uğursuz cəhdə hazırlaşırlar.
Bu gün vəziyyətin dəyişdiyini bildirən, Lukaşenko xarici qüvvələrin üz-üzə gəlməkdən qorxaraq, daxildən zərbə vurmaq istədiklərini bildirib.
Qeyd edək ki, ötən gün həbs edilən Segey Tixanovskinin çağırışlarına cavab olaraq, Belarusiya prezidenti hərbçilərə düşmənin silah götürüb döyüşə başlamaq üçün sərhədi keçməyini gözləməməyi, elə daxildəki təxribatçılarla döyüşməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB