“Fukusima-1” atom stansiyası qəzadan 10 il sonra - FOTOREPORTAJ

“Fukusima-1” atom stansiyası qəzadan 10 il sonra - FOTOREPORTAJ

11 Mart 2011-ci ildə Sakit okeanda baş vermiş zəlzələ və sunami “Fukusima-1” Atom Elektrik Stansiyasında qəzaya səbəb olmaqla bərabər dünyanın ən böyük fəlakətlərindən birinə çevrildi. AES-də 3 gün ərzində 3 partlayış baş verdi, böyük həcmdə radiaktiv tullantılar havaya, suya, torpağa səpələndi. Ümumilikdə, 20 mindən çox insan öldü.

Yaponiya hökumətinin “Fukusima”dakı həyatı bərpa etmək səylərinə baxmayaraq, yerli sakinlərin əksəriyyəti radioaktiv təsir təhlükəsi qaldığından və infrastrukturun olmaması səbəbindən tərk edilmiş ərazilərə qayıtmaq niyyətində deyillər. Hazırda həmin ərazidə bəzi heyvanlar yaşayır.

"Fukusima-1" AES-də baş verən qəza nəticəsində böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, "Fukusima"da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. "Fukuşima-1" AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. "Fukuşima"nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət nüvə faciəsinə məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan ilk 20 ildə 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

Ərazidə radiaktiv fon yüksək olduğundan orada hələ ki, insanların yaşaması təhlükəsiz deyil.

Hazırda AES-in qadağan zonasında vəziyyət necədir?

SİA Rusiyanın RBK agentliyinin “Fukusima” ətrafından fotoreportajını təqdim edir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə