Rusiya meşə yanğınlarının qarşısını ala bilmir

Rusiya meşə yanğınlarının qarşısını ala bilmir

Rusiyanın Sverdlovsk vilayətində də meşə yanğını baş verib. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, alov qısa vaxt ərzində 100 hektar meşə sahəsini məhv edib. Buna səbəb isə alovun əsən küləklə ağacların arası ilə yayılması olub. Rusiyanın Sibir bölgəsində meşə yanğınları gün ərzində 6 dəfə çoxalıb. Hazırda 78 iri yanğın ocağı qeydə alınıb. Alov 923 hektar ərazini öz cənginə alıb. Meşə yanğınlarının baş verməsinə səbəb kimi isə insan amili göstərilir. Alovun qarşısını almaq üçün 1000-dən çox adam və 300-ə yaxın texnika cəlb olunub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, Uzaq Şərqdə son sutkalar ərzində meşə yanğınlarının sahəsi 5000 hektar artıb. Sverdlovsk, Bryansk, Voronej, Moskva və Yaroslav vilayətlərində vəziyyətin xüsusilə ağırlaşacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə