İran prezidentinə veto qoyuldu

İran prezidentinə veto qoyuldu

İran Konstitusiya Mühafizləri Şurası prezident Mahmud Əhmədinejadın neft naziri təyin etmək hüququna yiyələnmək istəyi ilə bağlı qərarına veto qoyub. SİA-nın məlumatına görə, ayətullalar nazir səlahiyyətlərini başqa şəxsin icra etməsini istəyiblər.

Belə vəziyyətdə İran prezidentinin neft naziri səlahiyyətlərini icra edəcək şəxsi təyin etməsi, üç ay ərzində də nazir vəzifəsinə namizədi parlamentə təqdim etməsi gərəkdir.

Qeyd edək ki, yeni neft nazirinin fəlaiyyətə başlaması üçün parlamentin təsdiqi gərəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə