İtaliyada rahib şoku

İtalyanın Cenova şəhərinin yaxınlığındakı Sestri Diyarında yerləşən Santo Spirito Ponente Kilsəsinin rahibi R.S. narkotikə görə həbs olunub. SİA-nın xəbərinə görə, rahibin satanist olduğu da iddia edilir.

Hadisə rahibin cib telefonu danışıqlarının yoxlanması nəticəsində ortaya çıxıb. Təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyat zamanı rahibin narkotik satıcıları ilə etdiyi bir danışmada "Necə olur ki, narkotik istifadə edən və uşağını satmağa hazır olan bir ailə tapa bilmirsiniz. Mən 14 yaşdan kiçik olanları sevirəm. Mənə 10 yaşında bir uşaq tapın" deməsi aşkar olunub. Bundan sonra polis əməliyyat təşkil edərək R.S.-ı həbs edib.

Narkotik istifadə etdiyi sübut olunan R.S.-ın uşaq yaşlarındakı gənclərə narkotik satdığı da məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə