ABŞ Senatı Merrick Qarlendin yeni ədliyyə naziri vəzifəsinə namizəd liyini təsdiq edib

ABŞ Senatı Merrick Qarlendin yeni ədliyyə naziri vəzifəsinə namizəd liyini təsdiq edib

ABŞ Konqresinin Senatı Merrick Qarlendın yeni ədliyyə naziri - ölkənin baş prokuroru vəzifəsinə namizədliyini təsdiq edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, M.Qarlend yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın sabiq prezidenti Barak Obama Qarlendin namizədliyin ölkənin Ali Məhkəməsi üzvlüyünə təqdim etmişdir. Lakin o dövrdə Respublikaçıların nəzarətində olan Senat daxili siyasi səbəblərdən bu təyinatı qəbul etməmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə