Kolumbiyada leysan 452 nəfərin həyatına son qoyub

Kolumbiyada leysan 452 nəfərin həyatına son qoyub

Cari ilin aprel ayından Kolumbiya ərazisində yağışlı hava şəraiti müşahidə olunur. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, leysan xarakterli yağışların səbəb olduğu subasma insan tələfatı ilə nəticələnib. Son məlumata görə, ümumilikdə ölkə ərazisində 452 nəfər ölüb, 3,4 milyon insana ziyan dəyib. Sinoptiklərin proqnozuna görə, yağışlı hava şəraiti Kolumbiya ərazisində iyun ayının ortalarına qədər davam edəcək.

Su altında 1,2 milyon hektar kənd təsərrüfatı sahəsi qalıb, körpülər və avtomobil yolları yararsız hala düşüb, çoxlu sayda iribuynuzlu heyvan və ev quşu tələf olub

Bütün xəbərlər Facebook səhifəmizdə