Vaksinasiya olunanların yenidən yoluxmasının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI

Vaksinasiya olunanların yenidən yoluxmasının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI

Covid-19 virusu bir ildən artıqdır ki, bütün dünyaya təsir göstərib və bir çox ölkə və firmaların infeksiyaya qarşı istehsal etdiyi vaksinlər milyonlarla insana kömək olub. Ancaq İsraildə Covid -19 vaksininin ikinci dozasından sonra 99 nəfər dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, alimlər insanların vaksindən sonra yenidən niyə yoluxduğunu açıqlayıb. “BioNTech-Pfizer” və “Moderna” kimi firmaların istehsal etdiyi Covid-19 vaksininin infeksiyaya qarşı yüzdə 95-in üstündə qoruduğu alimlər tərəfindən təsdiqlənib. Ancaq bəzi insanlar ikinci doza vaksindən sonra koronavirusun fərqli variantlarına tutularaq yenidən infeksiyaya yoluxduğunu deyib.

Təl-Əviv Universiteti Xərçəng Xəstəlikləri Araşdırma Mərkəzinin alimlərindən prof.dr.Conatan Qersoni insanların yenidən yoluxmasına səbəb kimi bir neçə amili göstərib.

Qershoni araşdırıb ki, vaksinasiya olunan hər 20 nəfərdən birinin bədənində heç vaksin olunmamış kimi antikor olmur və ya bu insanların çoxu artıq “koronavirusa yoluxmaram” diyərək normal həyatlarına davam ediblər.

İsrailli alimlər bu səbəblə vaksin olunan insanların bu mövzuya həssaslıqla davranmalı, sosial məsafə qaydalarına, şəxsi gigeyena və tibbi maska taxmaq kimi tədbirlərə əməl edərək qarşısını almalı və heç "vaksin olmamış kimi" diqqətli olmalı olduqlarını ifadə edib.

“Live Science” tibbi jurnalda yayımlanan bir məqaləyə görə “BioNTech-Pfizer” vaksinasiya olan insanların yüzdə 5-i deyil, sadəcə yüzdə 0,04-ü Covid-19-a təkrar yoluxub. Ancaq bu statistika insandan insana və fərqli coğrafiyada yaşayan insanların bədən formasına, yaşlarına və yaşam şəraitlərinə görə dəyişir.

Vaksinasiya olanların yenidən virusa yoluxmasının ən büyük ikinci səbəbi də koronavirusun mutasiya keçirərək fərqli variantlarda yenidən ortaya çıxmasıdır. Misal üçün xalqın yüzdə 50-dən çoxu vaksinasiya olan İsraildə Covid-19-a yoluxanların böyük çoxluğu İngiltərədə ortaya çıxan yeni tip koronavirusa yoluxub.

Qershoni bildirib ki, vaksinasiya olunanlar pandemiyanın bütün qanunlarına əməl etməlidir. Çünki indi İngiltərədə təhlükəli yeni koronavirus tipləri müəyyənləşib.

Vaksinasiya olunduqdan sonra bədənimizdə virusa qarşı immunitet sistemi güclənir və antikorlar çoxalır. Ancaq bəzi virus tipləri güclü olduğu üçün bədəndə yaranan antikordan daha sürətli çoxalır və vaksinasiya olan insanlar yenidən yoluxur. Bu insanlar Covid-19-u çox yüngül keçirir ancaq, virusun yayılma sürətini artırır.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə