Ermənilər üçün ingilis nağılı..?

Ermənilər üçün ingilis nağılı..?

“Düşünürəm ki, Konstitusiya Məhkəməsi tərəfindən veriləcək qərar hüquqi dəqiqliyə səbəb olacaq və ölkədəki mövcud böhranın həllinə kömək edəcək”. Beləliklə, bu fikirləri Ermənistan prezidenti Armen Sarkisyan, erməni konstitusiyasının filan maddələrini əsas tutaraq, Konstitusiya Məhkəməsinə müraciət etdiyini bəyan edib.

Beləliklə, Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə göstərişi reallaşır.

SİA erməni mətbuatına istinad edir.

Xatırladaq ki, ötən ayın axırlarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan da küyə düşüb, baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi. Təbii ki, bundan “qayğılanan” baş nazir Qasparyanın bu çağırışını ölkədə çevriliş cəhdi kimi dəyərləndirərək onu vəzifəsindən uzaqlaşdırmaq üçün prezident Armen Sarkisyana göstəriş vermişdi. Əvvəl bir qədər “tərəddüd” edən erməni prezident artıq sənədi imzalayaraq, baş nazir Nikol Paşinyana göndərib.

Maraqlıdır, görəsən, bununla xətər sovuşdumu? Belə görünür ki, yox!

Məsələn, Sarkisyanın Qasparyanla bağlı atdığı addıma ilk reaksiyanı ermənilərin keçmiş ədliyyə naziri Arpina Ovannisyan verib. O, bizdə olan şeirdəki səpkidən bir balaca başqa şəkildə erməni prezidentə müraciət edib: “...kimi aldadırsan, ə..?”

Arpinaya görə, Armen Sarkisyan ermənilərə ingilis nağılı danışmaq istəyir. Amma belə görünür ki, artıq ermənilərin də daha nağıllara qulaq asmaq vaxtları keçib. Burada bir haşiyə çıxaraq, bunun bariz nümunəsini Arpina Ovannisyanın timsalında bir daha kəşf etdiyimi sizlərə izhar etmək istəyirəm. Beləliklə, o, ermənilərin ilk “qaranquşu” olub, bütün erməniləri bir az da ağıllı olub, Sarkisyan kimilərin nağıllarına inanmamağa çağırır. Hər halda, biz Arpinanın bildiyini bilmirik. Bu adam neçə illər Ermənistanın ədliyyə nazirliyinə rəhbərlik edib. Erməni hüququnun bütün “cikini-bikini” bilir. Buna görə də mən onun havaya danışmadığını bilirəm. Arpinaya görə, erməni prezident Armen Sarkisyan hiyləgərin biridir. Hələ prezident olmamışdan əvvəl onun arada “bic-bic” Ermənistana gəlməyi də varmış. Adamın gümanı min yerə gedir. Kim bilir, bu “bic-bic” gəlməkdə məqsədi nəymiş?

İndi prezident olub deyə, hələ bir sənəd də imzalayır. Mən, burada Arpina ilə tam razıyam. Yeri gəlmişkən, deyim, siz də biləsiniz: Arpina Ermənistanda sevib-seçilənlərdəndir a... Doğrudur, bir az gec ərə gedib, amma ər seçimi əladır. Nə isə, mətləbdən uzaqlaşmayaq, qayıdaq Arpinanın Sarkisyan barədə dediklərinə: “bu adam mahiyyətcə çox yazıq adamdır. Bununla belə yazıqlığını etiraf etmək üçün kiş... cəsarəti çatmır. Ömrü boyu Ermənistandan mümkün olan və mümkün olmayan hər şeyi alsa da, amma əvəzində heç nə verməyib. Bu boyda ölkənin prezidenti olsa da, hələ də dəllallığında əl çəkə bilmir...

Əslində, mən belə başa düşdüm ki, Arpina da ölkə prezidentinin oğru olduğunu bilir. Yoxsa, o Sarkisyanın ömrü boyu Ermənistandan “mümkün olan və mümkün olmayan hər şeyi” almağını elə-belə deməzdi...

...Daha adama nə deyərlər? Mən dünən deyəndə ki a..., ingilislər, bu UNICEF-in Ermənistandakı nümayəndəsi Marianne Klark-Xattinqin əvəzini sizdə qoymayacaqlar, inanmırdınız. Al, bu da sənə ingilis nağ... agenti...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə