Baydenin köməkçiləri onun jurnalistlərlə danışmasına icazə vermirlər - SƏBƏB

Baydenin köməkçiləri onun jurnalistlərlə danışmasına icazə vermirlər - SƏBƏB

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin özünü biabır etməsi indi də mediaya münasibətdə davam edir: əgər əvvəllər ABŞ prezidenti Pentaqonun adını xatırlaya bilmirdisə, arvadı ilə bacısını qarışıq salırdısa, indi daha çox huşsuzluq halları yaşayır və bu səbəbdən onun jurnalistlərlə danışması tamamilə qadağan edildi.

SİA “Fox News”-a istinadən xəbər verir ki, Baydenin köməkçiləri məhdudiyyətlər yolunu tutmağa qərar verdilər və Baydenin özünün medianın suallarını cavablandırmasına icazə vermədilər.

Bayden Vaşinqton mağazalarından birini ziyarət etməyə qərar vermişdi. Ticarət mərkəzini gəzərkən prezident mətbuat tərəfindən "atəşə tutuldu": jurnalistlər bir-iki sual verməyin vaxtı gəldiyinə qərar verdilər. Ancaq Baydenin köməkçiləri prezidentin bir kəlmə də danışmasına icazə vermədilər.

Baydenin 48 gündür ABŞ-ın lideri olduğu, ancaq 100 ilə yaxın bir dövrdəki rekordu yeniləyərək hələ heç bir mətbuat konfransına qatılmadığı da mediada qeyd olunur. Fox News-a görə, mart ayının sonunda bir mətbuat konfransı olacaq.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə