ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri video formatda danışıqlar aparacaqlar

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri video formatda danışıqlar aparacaqlar

ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martına 12-də video bağlantı vasitəsi ilə danışıqlar aparacaqlar.

SİA-nın məlumatına görə, bu barədə brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

C.Psaki qeyd edib: "Cümə günü səhər [ABŞ Prezidenti Co] Bayden "dördlük" üzrə həmkarları - Yaponiyanın Baş naziri [Yoşihide] Suqa, Hindistanın Baş Naziri [Narendra] Modi və Avstraliyanın Baş Naziri [Skott] Morrison ilə virtual görüş keçirəcəkdir".

Onun sözlərinə görə, danışıqlarda iştirak edənlərin pandemiya, iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı mübarizə daxil olmaqla "geniş spektrli məsələlər" müzakirə edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə