"Pandemiyadan sonra böyrək çatışmazlığı daha da artacaq" "Türk Böyrək Fondu"nun sədri

"Pandemiyadan sonra böyrək çatışmazlığı daha da artacaq"

Covid-19 pandemiyası ilk gündən yoluxma vəziyyəti, müalicə protokolları, peyvənd və dəyişiklikləri ilə bütün dünyada təsirini davam etdirməkdədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Türk Böyrək Fondu"nun 2021-ci il üçün əsas gündəmi Covid-19 ilə əlaqəli xroniki böyrək çatışmazlığı olub. Fond pandemiyadan sonra böyrək çatışmazlığının daha da artacağına diqqəti çəkib.

Kanadadakı araşdırmalara görə, kəskin böyrək çatışmazlığı olan xəstələrdə KHD, olmayan xəstələrə nisbətən artım 8 dəfə çoxdur. Bu tədqiqatlar yaşadığımız müddətdə şəxsi gigiyena və profilaktik təbabətin nə qədər əhəmiyyətli olacağını göstərir. Bu səbəbdən, Covid müalicəsi görmüş, kəskin böyrək çatışmazlığı keçirmiş və xəstəxanada müalicə almış insanların müalicədən sonra müntəzəm nevroloq nəzarətində olmaları insan sağlamlığı üçün vacibdir.

"Türk Böyrək Fondu"nun (TBF) sədri Timur Erk: "Tibb aləmində Covid-19-un müəyyən müddətdən sonra fərqli orqanlara zərər verə biləcəyi deyilib. Fondumuzun tibbi heyətinin nevroloqlardan ibarət apardıqları müşahidələr və dünyanın müxtəlif yerində aparılan fərqli elmi araşdırmalar göstərir ki, pandemiyadan sonra Covid və kəskin böyrək zədəsi alan insanlar diyaliz xəstəsi ola bilərlər. Bəzi hallarda bunun böyrək transplantasiyasına (orqan nəqli) səbəb ola biləcəyini söyləyə bilərik. Bu ciddi risk mənzərəsi səbəbindən bütün sağlam insanları fərdi gigiyenalarına diqqət yetirmələrini, tibbi maska və ara məsafəsi qaydalarına tabe olmalarını bu xəstəliyə tutulmamaları üçün xəbərdar edirik. Heç kim "xəstəliyim azaldı", "15 gün qrip kimi yatacağam", "həyatımı davam etdirəcəyəm" kimi fikirdə olmamalıdırlar. Xəstəlik uzun müddət davam edir”.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə