Dövlət məktəbləri 22 martdan etibarən tədrisə başlayacaq DİQQƏT

"Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yeni tip koronavirusa görə bağlı olan dövlət məktəbləri 22 martdan etibarən əyani tədrisə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərdəki 488 dövlət məktəbinin təxminən 55 min şagirdi və semestrin əvvəlində əyani tədrisi seçən şagirdlərin və 17 min şagirdin məktəbə qayıdacağı qeyd edilib.

Məktəblər açılanda uzaqdan tədris seçən 282 min məktəb şagirdin isə internet üzərindən onlayn (online) qaydada tədrisinə davam ediləcəyi bildirilib. İdman oyunlarının koronavirus tədbirləri çərçivəsində keçirilməsi planlanlaşdırılır.

Xatırladaq ki, Nyu-Yorkda Covid-19 testlərinin müsbət çıxması nisbətinin yüzdə üçə çatması ilə əyani təhsil 18 noyabr 2020-ci ildə müvəqqəti dayandırıldı, ibtidai məktəblər 7 dekabrda, orta məktəblər 25 fevralda açıldı və şagirdlər hissə-hissə siniflərə geri qaytarıldı. Covid-19 məlumatlarının tərtib edildiyi Cons Hopkins Universitetinin qeydlərinə görə, Covid-19-un ölkədə 1 milyon 700 minə yaxın xəstə ilə ən çox təsirlənən 4 əyaləti olan Nyu-York Kaliforniyadan sonra ikinci sırada yer alır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...