ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri ötüb. SİA-nın məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib. Məlumata əsasən, pandemiya başlayadandan bəri ABŞ-da koronavirusun müəyyən edilməsi üçün 359 724 291 test aparılıb, 29 000 012 nəfər koronavirusa yoluxub. Bildirilir ki, koronavirusa yoluxanlardan 525 046 nəfəri vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...