Türkiyədə fabrikdə yanğın baş verib

Türkiyənin Dənizli vilayətində yerləşən tekstil fabrikində yanğın baş verib. SİA xəbər verir ki, əraziyə xilasedicilər, təcili tibbi yardım briqadası və polis cəlb edilib. Hadisənin baş vermə səbəbləri və xəsarət alanlarla bağlı hələ ki, məlumat verilmir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə