Teatrşünas siyasətçi rolunda...

“Ay ermənilər, nə yatmısınız, oyanın, yoxsa, Nikol Paşinyan sizin axırınıza çıxacaq”. Bilirsiniz bu sözləri kim deyir: Sergey Ervandoviç Kurginyan.

Bu adam Moskvada doğulub. Vaxtilə Boris Şukşin adına Teatr İnstitutunu bitirib, yəni olub teatrşünas. İndi aktyor kimi yaramır deyə, Solovyovun şousunda yer doldurur. Şounun əsas sima(sız)larından biri kimi “siyasətçilik” edir. Əslində, mən onu qınamıram da, çünki erməni hər yerdə elə ermənidir. Əgər onun qanında az da olsa erməni qanı varsa, deməli, o harada olmasından asılı olmayaraq, erməniliyini göstərəcək. Amma yenə də ürəyimdə, onun erməniliyi ilə bağlı bir xal qalır...

İndi Kurginyanın dediyinə görə, Paşinyan, Soros, Amerika və Böyük Britaniyanın agentidir. Ermənistanın siyahıda olmadığı Amerika-İngilis-Türk-Azərbaycan siyasi konsorsiumunun maraqlarının ardıcıl bir rəhbəridir.

Maraqlıdır ki, Kurginyana görə, konsorsium Paşinyanı tamamən idarəedilən, əhəmiyyətsiz biri olduğu üçün Ermənistana rəhbər seçib.

Paşinyanı çirkin bir məxluq kimi təqdim edən Kurginyan onun tərəfdarları tərəfindən böyüdülməsinin təkcə bir şeyə - “Qarabağı təslim etməyə” hesablandığını bildirir.

İnanın, Kurginyan burada, dediklərinin dəqiq olduğunu təsdiqləmək üçün, az qala atasının goruna belə and icmək istəyir. Amma nədənsə, bir az tərəddüd edir ki, bu da başqa yazı mövzusudur. Nə isə...

Beləliklə, erməni teatrşünasın fikrincə, bu gün erməni hakimiyyətində özünə yer eləyən Paşinyanı müdafiə edənlərin hamısı xarici xidmət orqanlarının agentləridirlər.

Mənim hesabımla, onda bu ermənilərin yarıdan çoxu agent imiş ki...

Nə isə, yenidən qayıdaq mənim, bu dəfə Moskvada rus kişilərinin əhatəsində doğulduğunu əsas gətirib erməniliyinə şübhə elədiyim Kurginyanın üzərinə. Kuryagin deyir ki, ay ermənilər, nə yatmısınız, oyanın, yoxsa, Nikol Paşinyan sizin atalarınıza elə od qoyacaq ki, lap cızdağınız çıxacaq. Bəs, nə etməli?

Nikolu dərhal hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Mən bu yerdə Kurginyana sual erdirəm, yoldaş teatrşünas, bəs bu ermənilərin neçə vaxtdan bəri işə-gücə getməmələrinin əsas səbəbi nədir? Məgər onlar Paşinyanı yıxmaq üçün iki gündən bir toplantı keçirmirlərmi?

Bu yerdə Kurginyana bir sual da vermək istəyirəm ki, ay yarımçıq teatrşünas, necə olur, sənə ruslara yalmanıb “sukalıq” etmək olar, Nikola yox?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...