“Türkiyə cavabsız qalmayacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın, ABŞ-ın ölkəsinin Rusiyadan aldığı S-400 zenit-raket sistemi üzərindəki təzyiqinin əks nəticələrə səbəb olacağını və Türkiyəni "digər istiqamətlərə" itələyəcəyini söyləyib.

SİA bu barədə rus mətbuatına istinad edir.

İbrahim Kalın ABŞ-ın Türkiyəyə qarşı tətbiq etmək istədiyi maksimalist mövqeyi qəbul etməyəcəklərini bildirib.

Qeyd edık ki, mətbuat katibi bu fikirləri bir müddət bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərə istinad edərək bildirib.

Yeri gəlmişkən, Kalın, bu arada Rusiya ilə Türkiyə arasında mövcud olan bəzi fikir ayrılıqlarının artıq aradan qaldırıldığını vurğulayıb. O, ABŞ-dan Türkiyəyə qarşı hər hansı bir təzyiq və sanksiyaların olacağını da istisna etməyib. Maraqlıdır ki, mətbuat katibi ABŞ-ın ölkəsinə qarşı atacağı hər hansı bir addımın cavabsız qalmayacağını istisna etməsə də, problemlərin daha çox dialoq yolu ilə həll tərəfdarı olduğunu bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Dövlət Departamenti Rusiyadan S-400 zenit-raket sistemi aldığına görə, Türkiyəni ciddi problemlərlə təhdid edəcəyini bildirmişdi. Daha sonra Pentaqon da bu təhdidlərə qoşulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...