Ümid yenə də Armenə qalır...

...İndi də deyirsiniz ki, niyə müxalifət hələ də Nikolu istefaya məcbur etməyib? Məgər məcbur etməyib, edib, sadəcə, Nikol getmək istəmir. Deyirsiniz ki, normal demokratık ölkələrdə bu, çoxdan baş verərdi. Bax, burada artıq bir balaca siyasi səhvə yol verirsiniz.

SİA ermənilərə, onların saytlarına istinad edir.

...Başa düşmək olmur, bunu deməkdə məqsədiniz nədir. Yəni, demək istəyirsiniz ki, bu günə qədər Ermənistanda demokratiya olmayıb? Bəs, onda sizdən soruşuram, dünyadan yalmanıb Ermənistandakı "demokratiyanı təkmilləşdirmək" üçün yığdığınız qalaq-qalaq pulları hara xərclədiniz?

Məgər dünənə qədər, dünya ölkələrinə "erməni demokratiyası"nı nümumə göstərib, ondan yararlanmağa çağırmırdınızmı? Hə, indi nə oldu? İndi də Nikolu "erməni demokratiyasının inkişafında" buraxdığı "bəzi yanlışlıqlara" görə ittiham edirsiz. Nə bilim, Robert Koçaryandan, daha nə bilim, hansısa savadlı ermənidən sitatlar çəkirsiniz. Təki, Paşinyan getsin...

Yaxşıdır ki, siz hələ Nikol Paşinyanı Serj Sarkisyanla müqayisə etmirsiniz. Amma bu gedişlə, yaxınlarda onu da görəcəyik. Vaxtilə Serjə pisdir deyirdiniz. Sən demə, özünü yalançı demokrat kimi göstərən Nikol, əslində, elə Serjdən də pismış. Təbii ki, sizin ehtimalınıza görə, guya bu pislik hazırda bir "balaca avazımış" erməni demokratiyası üçün çox ciddi və təhlükəlidir.

Sizin dediyinizə görə, bu pislik həm Ermənistan dövlətinin quruluşunun zəiflədib məhv edilməsinə, həm də günahsız erməni canlarının alınmasına yönəlib. Soruşanda ki, hansı canları? Özünüz deyirsiniz, 2018-ci ilin aprelində məxmər "romantikasını" dəstəkləyən canları... Deyirsiz ki, Nikol indi onlara qarşı "qəddarlıq" edir. Hətta onu da deyirsiniz ki, guya Nikolla yanaşı, onun səlahiyyətliləri də indi məxməri "romantika"çılara qarşı "qənim" kəsiliblər.

...Burada mənim başa düşmədiyim məqam bilirsiniz nədir? Ermənilərin ölkədəki müxalifət rəhbərlərini qınamaları, onları ölkədəki pisliyə qarşı passivlikdə günahlandırmaları...

Ay ermənilər, axı niyə anlamaq istəmirsiniz ki, indi Ermənistanda "səfərbər" olub üzərinə getmək istədiyiniz həmən o "pisliyi", vaxtilə hakimiyyətdə olarkən bu Vazgenlər, Robertlər daha nə bilim Serjiklər əkiblər. İndi siz hansı əsasla, onların "əməklərini" yerə vurmaq istəyirsiniz?

...Deyəsən, ümid indi də sabiq İngiltərə vətəndaşı, müvəqqəti Ermənistan prezidenti Armen Sarqsyana qalıb. Məncə, Nikol onun sözünü yerə salmaz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...