Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 69 609 nəfər yoluxub. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 938 836 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 555 nəfər ölüb, ölənlərin ümumi sayı 264 325 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...