Polşada baş vermiş avtobus qəzası nəticəsində 5 nəfər həlak olub

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

SİA-nın "thewest.com.au" saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə