Qaçın qabağından, altına düşərsiz, ermən iqtisadiyyatı hökumətin nəzarətindən çıxıb

“Yenə həmin dalğa, həmin kordinat”. Amma bu dəfə Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryanın ifasında. Əslində, bu ifadə elə də bir yenilik yoxdur. Artur nə deyir? Deyir ki, Ermənistanda “istehlakın böyüməsi üçün ermənilərin pulu olmalıdır, ermənilərin də pulu yoxdur”.

Nə deyəsən? Ermənilər üçün kənarda günahkar axtarmaq lazımdırmı?

SİA erməni nəşrinə istinad edir.

Əslində, bu da ermənilərin həmişə danışdığı nağılların, demək olar ki, elə eyni variantıdır. Artur burada ermənilərə elə də sensasiyalı bir xəbər çatdırmır. Sadəcə olaraq, onların pulunun olmadığını bir daha xatırladır. Amma o da, elə o biri ermənilər kimi, pul yoxluğunun nədən qaynaqlandığını demək istəmir. Artura sual verən gərək, niyə qonşularda olan puldan sizdə yoxdur? Təbii ki, erməniliyini işə salıb, min cür səbəb gətirəcək. Məsələn, deyəcək ki, tupikə düşmüşük, qonşu ölkələrlə sərhədlərimiz bağlıdır, daha nə bilim nələr...

Bəs, bütün dünya ölkələrinin qonşularıyla azad keçid məntəqələrinə keçdiyi bir halda, niyə ermənilərə qarşı qonşu olkələrin sərhədinin qapalı olmasını soruşduqda, yenə özlərinə sərf edəcək min variant gətirəcək.

Amma Artur da o biri ermənilər kimi, ölkəsinin təcavüzkar niyyətli bir ölkə olduğunu, bütün qonşu dövlətlərdən torpaq umduğunu dilə gətirməyəcək. Əlbəttə, hələ də kökü məlum olmayan, “böyük ideallar”dan dəm vuran bir millət nümayəndəsindən, ümumiyyətlə, nümayəndələrindən başqa nə isə gözləməyə də dəyməz.

Bu gün sabiq nazir bir ay bundan əvvəl qiyməti 1.000 drama qalxan günəbaxan yağının indi ölkədə qəhətə çəkildiyindən gileylənir. Amma nədənsə o, günəbaxan yağının ölkəni gözləyən qıtlığın “ilk qaranquşu” olduğunu demir. Təbii ki, mən onun sabiq nazir kimi, bütün bunları, yəni erməniləri gözləyən qara günlərin uzaqda olmadığını anladığına heç bir şübhə etmirəm.

Məhz buna görə də, indi Xaçatryanın hökuməti ölkə iqtisadiyyatını canlandırmaq üçün heç bir şey etməməkdə ittiham etməsi mənə qəribə görünür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə