Koronavirusla bağlı son statistika DÜNYADA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 116 milyon 674 min 427 nəfərə çatıb. SİA Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 592 min 128 nəfərdir. İndiyədək 92 milyon 285 min 274 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 593 704 nəfər virusa yoluxub, 535 563 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 192 088 yoluxma qeydə alınıb. Onlardan 157 693 nəfəri vəfat edib. Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 871 843 nəfərdə virus aşkar edilib. Xəstələrdən 262 948 nəfəri həyatını itirib. Dördüncü yerdə qərarlaşan Rusiyada 4 301 159 yoluxma, 88 285 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Böyük Britaniyada 4 207 304 nəfər virusa yoluxub ki, onlardan 124 261-i ölüb. Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə