İtaliyada koronavirusdan ölənlərin sayı 100 min nəfərə yaxınlaşır

İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 milyonu keçərək 3 023 129 nəfərə yüksəlib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 24 036 yoluxma, 297 ölüm qeydə alınıb.

Koronavirusa yoluxanlar arasında ümumilikdə ölüm sayı isə 99 271-ə çatıb.

Qeyd edək ki, İtaliyada martın 6-dan etibarən karantin rejimi sərtləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə