Yenə erməni, amma bu dəfə sırtıqlığı

..

"Ermənistanın təklifi ilə Avrasiya İqtisadi Komissiyası

Türkiyəni Avrasiya İqtisadi Birliyi güzəştlərindən məhrum etdi. Təklif nəzərdən keçirilərək 6 aydan sonra qüvvəyə minəcək".

Xatırladaq ki, bu gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avrasiya İqtisadi Komissiyası Şurasının onlayn şəklində keçirilən iclasında iştirak edib. Yuxarıdakı fikirlər də ona məxsusdur.

SİA bu barədə erməni saytlarına istinad edir.

Erməni saytlarının dediyinə görə, gündəmdə Türkiyə də daxil olmaqla inkişaf etməkdə olan 75 ölkənin, Ermənistan tərəfinin təklif etdiyi Avrasiya İqtisadi Birliyinin vahid tarif üstünlükləri sistemi siyahısından çıxarılması məsələsi yer alıb.

"Ermənistanın təklifi yekdilliklə qəbul edilib və müvafiq qərar dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək" Bunu isə məxsusi olaraq "şəstlə" erməni saytı bəyan edib.

Göz dəyməsin, demə erməniləri də "... sayırmışlar".

Haşiyə çıxıram: deməli, bir müddət bundan əvvəl türk rəsmilərindən biri, hazırda, 7 mindən artıq erməninin müxtəlif yollarla Türkiyəyə keçib, elə qeyri –qanuni şəkildə də yaşadıqlarını da bildirmişdi. Əslində onları bu yola Ermənistandakı səfil həyat, aclıq məhkum etmişdi. Doğrudur, burada türklərin ermənilərə göstərdikləri humanistlik də qeyd edilməlidir.

Bu gün erməni rəsmiləri, guya, Türkiyənin öz sərhədlərini ermənilərə açmalarına baxmayaraq, Ermənistanın türklərə olan inamsızlığı üzündən bundan yararlanmadığını bəyan edirlər.

Əslində, buna həyasızlıq demək doğru olmaz. Çünki, ermənilərin yalandan dedikləri təkcə həyasızlığı yox, həm də abırsızlığı, utanmazlığı, arsızlığı, ədəbsizliyi, sırtıqlığı və daha nə bilim nələri özündə ehtiva edir.

Əgər ermənilər, sərhəd məsələsində doğrudan da, türklərə etibar etmirlərsə, onda niyə onların Xarici İşlər Naziri Ara Ayvazyan yaltaq şəkildə sərhədlərin açılmasında maraq göstərərək, Türkiyənin onu bağlamaq üçün "heç bir səbəbi olmadığını" söyləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...