Katoliklərin ruhani lideri Papa Françesko 5-8 mart tarixlərində İraqa ziyarətə getməzdən əvvəl xalqa səsləndi. Papa videolu mesajında "Salam verirəm barış istəyən bir həci kimi hamımız qardaşıq demək üçün gəlirəm".
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin Lideri Papa Françesko videolu mesajında bildirib ki, müsəlmanları, yəhudiləri və xristianları bir ailədə birləşdirən İbrahim atanın adından başqa dini ənənələrdən olan qardaşlarımızla birlikdə dua etmək üçün gəlmişəm.
Papanın 5-8 mart tarixlərində səfərinin proqramı müəyyənləşdi. Vatikanın paylaşdığı proqrama görə, Papa Françes əvvəlcə paytaxt Bağdadda danışıqlar aparacaq.
6 martda Nəcəfdə Şiələrin İraqdakı dini idarəsi Ayətullah Əli Es-Sistani ilə görüşəcək.
7 martda Ərbil şəhərində İraq Kürd Regional Rəhbərliyi ilə görüşəcək, Mosulu ziyarət edəcək və 8 martda Vatikana dönəcək.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə