Paşinyan DTX-yə etibar etmir - Adamlarını nəzarətə götürür

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin sistemdən çıxarılması və ona birbaşa tabe olan bir qurum statusu verilməsini istəyir. SİA xəbər verir ki, bu barədə "Qraparak" yazıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyan DTX-yə etibar etmir. MTX də bununla bağlı təklif etdiyi qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

"Bu, baş nazir və ailəsinin təhlükəsizliyini təmin edən xidmətdir. Dövlət Təhlükəsizlik Xidmətinin əsas məqsəd və vəzifələri dövlətin mühafizə obyektlərini təhdid edən təhlükənin proqnozlaşdırılması və müəyyənləşdirilməsi, bu təhdidlərin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsi olmalıdır. Burada Nikol Paşinyanın DTX-yə etibar etmədiyi və öz mühafizəçilərini nəzarətinə götürməyə qərar verdiyi təəssüratı yaranır",- deyə qəzet yazır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...