Koronavirus can almağa davam edir

Gürcüstanda ötən sutkada koronavirusa 390 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 262-yə, ölənlərin sayı isə 3 563-ə yüksəlib. Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 172 nəfər artaraq 266 253-ə çatıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə