“AB Rusiya ilə münasibətləri qəsdən məhv etdi” Sergey Lavrov

Avropa Birliyi Rusiya ilə əlaqələrin demək olar ki, bütün infrastrukturunu qəsdən məhv etdi və birtərəfli qanunsuz sanksiyalar tətbiqetmə təcrübəsini davam etdirdi. SİA RenTV-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, “Ruskaya mısl” jurnalına verdiyi müsahibəsində söyləyib.
Moskva ilə Brüssel arasındakı münasibətlərin vəziyyəti və qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən danışan Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Avropa Birliyinin mövcud siyasətini təəssüf ki, dost adlandırmaq olmaz.

"Avropa Birliyi Rusiya ilə əlaqələrin normallaşmasını açıq şəkildə Kiyev tərəfindən sabotaj edilən Ukrayna ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqələndirməyə davam edir. Daxili işlərimizə açıq müdaxilə nöqtəsinə gəlinib", deyə Lavrov bildirib.

Eyni zamanda nazir "bütün Avrasiya qitəsinin dinc, sabit və təhlükəsiz inkişafını təmin etmək" üçün Rusiya və AB-nin ortaq maraqlarının olduğuna əmindir.

"Avropa Birliyi ilə qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsipləri ilə konstruktiv əməkdaşlığa girməkdən məmnun olardıq. Təbii ki, Brüssel buna nə vaxt hazır olarsa", deyə Lavrov vurğulayıb. O, AB ilə Rusiya arasında əməkdaşlığın bir sıra sahələrinin olduğunu da qeyd edib, Avropa Birliyinə böyük tələbat var, deyib.

"Bura səhiyyə, iqlim dəyişikliyinə qarşı mübarizə, elmi və texniki sahə aiddir. Sərhəddən xaric çağırışlar və təhdidlər, beynəlxalq terrorçuluq, narkotik ticarəti, kiber cinayətlər heç yerə gətirib çıxarmayıb. Əsas ənənəvi istiqaməti, enerjini buraya əlavə etsək, biz çox möhkəm qarşılıqlı faydalı bir gündəm əldə edirik", deyə Rusiya Xarici İşlər Nazirliyinin başçısı əlavə edib.

Xatırladaq ki, Avropa Birliyi ilə Rusiya arasında münasibətlər heç də normal deyil. Rusiyaya qarşı sanksiyaların tətbiqi heç də Rusiya tərəfini qane edə bilməz. Qeyd edək ki, bununla bağlı Lavrov bir zaman Jozef Borrel Moskvaya səfər edərkən demişdi. Rusiya Xarici İşlər Nazirliyinin başçısı Borrelə xatırlatmışdı ki, onların usiyaya irad tutduğu məsələlərə Avropa ölkələrində də rast gəlinir və nəyə görə isə məhz sanksiyanın Rusiyaya tətbiq olunması təklifi ortaya atılır. Təbii ki, təkcə Borrel bu fikirdə deyildi və buna görə də bu Rusiya tərəfini qane edə bilməzdi. Görünür, Rusiya tərəfinin sanksiyalarla bağlı narazılığına məhəl qoyulmayıb, AB öz fikrindən daşınmayıb və Lavrovun da dediyi kimi, bununla da AB Rusiya ilə münasibətləri qəsdən məhv edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə