Koronavirusdan ölənlərin sayı 3 553-ə yüksəlib

Koronavirusdan ölənlərin sayı 3 553-ə yüksəlib

Gürcüstanda son sutkada daha 133 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 276 nəfər müalicə olunaraq sağalıb. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə pandemiya dövründə COVID-19 diaqnozu qoyulanların sayı 271 872-yə, sağalanların sayı isə 266 081-ə çatıb. Virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 553 olub.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə