Rusiyaya qarşı sanksiyaların faydası yoxdur

Rusiyaya qarşı sanksiyaların faydası yoxdur

Doğrudanmı, siz Vaşinqton və ya Brüsselin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların hər hansı bir effekt verə biləcəyinə inanırsınız? Yəni, doğrudanmı, siz hələ də bu sanksiyalardan sonra Putinin Navalnını azad edəcəyini, ölkədə yeni “demokratik çevrilmiş”ə start verəcəyini düşünürsünüz? Məncə, bütün bunlar əbəsdir. Çünki tarix sübut edib ki, ölkələr, xüsusən, fundamental milli maraqları təhlükədə olan ölkələr elə də asanlıqla təslim olmurlar. Bu mənim kəşfim deyil.

SİA xarici mətbuat xülasələrinə istinad edəcək.

Beləliklə, xatırlamış olarsınız, ötən il seçki kampaniyası dövründə Cozef Bayden Rusiya və onun isti münasibətdə olduğu prezident Vladimir Putinə qarşı sərt və qətiyyətli bir yanaşma götürəcəyinə söz vermişdi. Amma indi belə görünür ki, amerikalı prezident verdiyi vədi heç olmasa, simvolik olaraq yerinə yetirməyə cəhd edir.

Budur, təqribən iki gün əvvəl ABŞ Dövlət Departamenti altı rus təşkilatını yeni sanksiya siyahısına daxil edib. Vaşinqton hətta bu sanksiyaların məqsədinə aydınlıq gətirməyə, əsaslandırmağa da çalışıb. Əslində, məsələ Moskvaya qarşı tətbiq olunan yeni sanksiyaların mənəvi cəhətdən əsaslandırılıb-hesablanmamasında deyil, əksinə, Rusiyanın davranışının dəyişdirilməsinə kömək edib-etməyəcəyindədir.

Etiraf edilməlidir ki, kömək etməyəcək. Bu, artıq neçə dəfə sübut edilib.

Yeri gəlmişkən burada bir haşiyə çıxaraq bildirməliyəm ki, bu gün ABŞ və Avropa Birliyi üçün iqtisadi sanksiyaların tətbiqi böyük önəm kəsb edir. Təbii ki, bu onların gəldiyi qənaətdir. Əsas kimi bilirsiniz nəyi göstərirlər? Əllərində olan sərvətlərini...

Xatırladaq ki, bu gün ABŞ və Avropa Birliyi dünya sərvətinin təxminən 42 faizinə, yəni 37 trilyon dollara sahibdirlər. Məhz buna görə də onlar Amerika və Avropada maliyyə sisteminə girişın qadağan edilməsini insan bədənini oksigendən məhrum etməklə müqayisə edirlər.

Amma etiraf edilməlidir ki, reallıq fərqli şeylər göstərir. Ruslar onsuz da ABŞ və Avropa Birliyindən sanksiyalar almaqda davam edirlər. Amma hələ də nəfəs alırlar. Məsələn, yeni Amerika Təhlükəsizlik Mərkəzinə görə, son 10 ildə ABŞ 742 Rusiya şirkət və vətəndaşına qarşı sanksiya tətbiq edib. Xatırlayırsınızsa, bu sanksiyaların 273-ü prezident Trampın tətbiq etdiyi sanksiyalardır. Maraq üçün deyək ki, Rusiya hazırda ABŞ-ın tətbiq etdiyi sanksiyaların sayına görə ikinci yerdə duran İrandan geri qalır. Amma nə xeyri? Bunun Rusiyaya təsiri olubmu? Məsələ bundadır ki, bütün bu sanksiyalara baxmayaraq, Moskvanın davranışı hələ də dəyişməz olaraq qalır. Üstəlik, Rusiyanın xarici siyasəti bu gün 2014-cü illə müqayisədə daha da aqressivləşib. Bu gün rus hərbçiləri hələ də Ukraynanın şərqindədir, Kiyevə qarşı döyüşən separatçılara dəstək verir.

Bundan əlavə ruslar da “bekar” dayanmırlar, “əks-hücum” kimi kiberməkanda son dərəcə fəallıq göstərirlər. Bunu SolarWinds sistemlərinə qarşı inkişaf etmiş doqquz aylıq əməliyyatı sübut edir.

Məhz bunlara rəğmən, demək olar ki, əgər ABŞ və Avropa Birliyi xarici siyasət baxımından Rusiyanı daha konstruktiv bir istiqamətə yönəltməkdə çətinlik çəkiriklərsə, bu halda onların Rusiyanın davranışlarını dəyişdirə biləcəyini düşünmək, məncə, ağılsızlıq olardı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə