Kosmosda ilk otelin açılışı olacaq

Dünyanın alçaq orbitində inşası planlaşdırılan otel böyük sensasiyaya səbəb olub.

SİA xarici mətbuata istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən “The Gateway” fondu nəzdində fəaliyyət göstərən “Orbital Assembly Corporation” tərəfindən hazırlanmış “Voyager” stansiyasında inşa edilməsi nəzərdə tutulan otel, ilk müştərilərini 2027-ci ildə qəbul edəcək.

Sözügedən otelin 400 nəfərlik olması planlaşdırılır. Burada bir neçə restoran, kinoteatr, idman zalı, bar və SPA mərkəzi də fəaliyyət göstərəcək. Layihənin inşasına 2025-ci ildə başlanılacaq.

Qeyd edək ki, otelin qiyməti haqqında heç bir məlumat verilməyib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...