Daha 452 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 10 535 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 278 750 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 452 nəfər artaraq 87 348-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 853 734 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...