Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 68 nəfər vəfat edib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 68 nəfər vəfat edib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistik hesabatda qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 837 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7892, ağır xəstələr isə 1227 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 723 316 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 586 073 nəfər sağalıb, 28 706 nəfər isə həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə