Yarıprezidentliklə idarə olunacaq ölkənin yarıerməniləri

“Nikol Paşinyan yarıprezidentlik idarəetmə sisteminə keçmək fikrini irəli sürərək, sadəcə olaraq, müxtəlif manipulyasiyalarla öz hakimiyyətini əlində saxlamaq üçün dəridən-qabıqdan çıxır”. SİA erməni mətbuatına istinad edir.

Ermənilərin bir deputatı var Naira Zohrabyan, yuxarıdakı fikirləri də o baş nazirin qarasıycan deyib. Zalımın qızı Paşinyan hakimiyyətə gəldiyi birinci gündən düşünüşüb onunla. Əvvəllər yenə də, işi altdan-altdan görürdü. İndi açıq aşkar, imkan düşdü- düşmədi Nikola “ilişir”. Deyən gərək, bundan sonra baş nazir olacaq ərin yox, oğlun yox. Səni də ki, bundan sonra baş nazir olmağa yaxın buraxmazlar. Özün başa düş, üzvi olduğun “Çiçəklənən Ermənistan” partiyası bu günədək ermənilər üçün qanqaldan başqa bir şey yetişdirməyib. Adını “çiçəklənən” qoymaqla deyil ki...

İndi də başlamısan ki, guya Paşinyan özü vaxtilə yarı prezident modelinin uğursuz bir idarəetmə sistem olduğunu deyib, daha nə bilim nə... Deyib, lap əcəb edləyib deyib. Baş nazir deyil? Həmən, yəni sözü deyən vaxt ona sərf edmirmiş, indi sərf edir. Ölkədə sözükeçər bir dənə baş nazir olar. O da Paşinyandır. Amma işləməyinə imkan vermirsiniz. Hər sözünə bir şəbədə qoşursunuz. Deyirsən, Paşinyan azad və ədalətli seçki və ya referendum keçirə bilmir və bilməyəcək, ona görə getməlidir. Nə bilim, onu bu gün ölkədə heç kim istəmir və daha nələr...

Səndən soruşuram, Köçəryan olmasın, lap elə Sarkisyan olsun, onlar bəyəm Ermənistanda azad və ədalətli seçki keçirmişdilər? Bəs onda niyə dinmirdin? İndi Nikolun çuxasını tüstülüyən görmüsüz bəyəm? Adama deyərlər ki, əvvəl düşün, sonra danış. Deyirsən, Paşinyanın keçirdiyi mitinqinə gələnlər erməni xalqına, onun ölülərinə hörmətsizlik ediblər. Belə çıxır ki, onlar əsl erməni deyillər? Onda, icazə ver mən belə düşünüm ki, bunlar yarıprezidentliklə idarə olunacaq ölkənin yarıerməniləridirlər.

...Əslində mən, indi də, Ermənistandakı bütün ermənilərin hamısının atasının “naturalnıy” erməni olduğuna şübhə edirəm...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə