Nobel Sülh Mükafatına 329 namizəd var

Bu il Nobel Sülh Mükafatı almaq üçün dünyanın hər yerindən 329 müraciət qəbul edilib. Bu da onu göstərir ki, insan haqları ilə bağlı dünyada problemlər əvvəlkitək yenə aktualdır. SİA bu barədə Norveç Nobel Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu, üçüncü ən yüksək göstəricidir. Rekord - 376 namizəd, 2016-cı ildə qeydə alınıb.

Bu il təklif olunan namizədlərin təxminən 234 nəfəri fərdi, 95 nəfəri müxtəlif təşkilatlardandır. Bu, Nobel Sülh Mükafatına beynəlxalq marağı, həm də dünyada həll olunmamış bir sıra münaqişələri, müharibələri və insan haqları məsələlərini də əks etdirir.

Siyahıda İsrail və bir neçə ərəb ölkəsi arasındakı münasibətlərin normallaşdırılması üçün vasitəçilikdə rolu olduğu deyilən keçmiş ABŞ prezidenti Donald Tramp, onun kürəkəni Jared Kuşner və Kuşnerin Ağ Evdəki müavini Avi Berkowitz də yer alıb. Sərhədsiz Reportyorlar, Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi və Jurnalistləri Müdafiə Komitəsi də namizəd göstərilib.

Beş üzvlü komitənin ilk iclasını cümə günü keçirilib. Oktyabr ayında laureatın elanından əvvəl namizədləri müzakirə etmək üçün təxminən ayda bir dəfə görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə