Böyük Britaniyada son sutka ərzində 5455 nəfər koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində 5455 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 182 009 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 104 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 122 953 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə