Netanyahu partlayışın arxasında İranın olduğunu dedi

İsrail baş naziri Binyamin Netanyahu Oman Körfəzindəki İsrail gəmisində baş verən partlayışın arxasında İranın olduğunu söyləyib. SİA xəbər verir ki, İsrailin baş naziri bu sözləri Kan televiziyasının efirində deyib.

Qeyd edək ki, İsrail mediası cümə axşamı bu ölkəyə aid olan gəmidə partlayış baş verdiyini, heç kimin xəsarət alınmadığını yayımlayıb və partlayışın dəqiq nəticələri barədə heç bir informasiya verməyib.

"Birincisi, bu, həqiqətən İranın bir əməlidir və bu da aydındır", deyə Netanyahu bildirib. Hökümət başçısı, İranın, "İsrailin ən böyük düşməni" olduğunu əlavə edib və "bir müqavilə və ya bir şey olmadan bir nüvə silahı əldə etməməyin vacibliyini vurğulayıb. Bunu da ABŞ Prezidenti Co Baydenə söylədiyini deyib.

Xatırladaq ki, bazar ertəsi günü, Suriyanın dövlət xəbər agentliyi SANA, Suriyanın hava hücumundan müdafiə qüvvələrinin İsrailin Şamın ətrafında bir hücumunu dəf etdiyini bildirib. İsrail ordusu xarici mətbuatda yayılan xəbərlərə münasibət bildirməyəcəklərini bəyan edib. Öz növbəsində İsrail mediası, xüsusən “|Gaalei IDF” radiostansiyası və “Jerusalem Post”, Suriyadakı hücumun Oman Körfəzindəki İsrail gəmisindəki vəziyyətlə əlaqəli ola biləcəyini irəli sürdü.

Onu da qeyd edək ki, bir qədər əvvəl İsrail Müdafiə naziri Beni Qantzın cümə axşamı Oman Körfəzindəki İsrail gəmisinə hücumun arxasında İranın ola biləcəyinə inandığı bildirilmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...